Ağsuda ölümlə nəticələnən yol qəzası baş verdibackend

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verdi

Ağsuda avtomobil yol kənarındakı adamı vurub.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Muradlı kəndi ərazisində olub.

Belə ki, rayonun Ərəbsarvan kənd sakini, 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarında oturaq vəziyyətdə olan Muradlı kənd sakini, 1965-ci il təvəllüdlü Asif Əhməd oğlu Mənəfovun üstünə çıxıb. A.Mənəfov hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*