Aİ Trampın bu qərarının gecikməsindən narahatdırbackend

Aİ Trampın bu qərarının gecikməsindən narahatdır

Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi Bloomberg-ə açıqlamasında bildirib ki, əgər Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin qəbulunu davamlı olaraq gecikdirsə, bu addımın təsir və inandırıcılığı tamamilə aradan qalxa bilər.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Avropa rəsmiləri son vaxtlar ümidlərini ABŞ Konqresinin liderlərinə bağlayıblar. Aİ-də düşünürlər ki, Tramp özü təşəbbüs göstərməyəcək və yalnız Konqres bu sanksiya tədbirlərini irəlilədə bilər.

Diplomatik mənbə əlavə edib ki, effektiv sanksiya siyasəti üçün vaxtında və qətiyyətli addımların atılması həyati əhəmiyyət daşıyır, əks halda, bu tədbirlər Moskvaya gözlənilən təsiri göstərməyəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*