Aİ və Ermənistan birgə bəyanat yaydıbackend

Aİ və Ermənistan birgə bəyanat yaydı

Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Brüsseldə keçirdiyi görüşdən sonra yayımlanan birgə bəyanatda müstəqil medianın dəstəklənməsi və qorunması xüsusi olaraq qeyd olunub.

KONKRET.az xəbər verir ki, bəyanatda bildirilir ki, tərəflər demokratiyanın əsas dayaqlarından biri olan azad və müstəqil medianın inkişafını və jurnalistlərin təhlükəsiz fəaliyyətini təmin etməyə sadiqdirlər.

Bu addım Ermənistanla Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi fonunda atılıb. Tərəflər həmçinin hüquq üstünlüyü, insan hüquqları və demokratik institutların gücləndirilməsi sahəsində əməkdaşlığın dərinləşdiriləcəyini bildiriblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*