Akademik və şairin eyni ad-soyadlı qızları – Biri digərinin badına gedibbackend

Akademik və şairin eyni ad-soyadlı qızları - Biri digərinin badına gedib

Azərbaycanda iki məşhur şəxsin – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və şair Baba Vəziroğlunun övladları eyni ad-soyadı daşıyırlar: Günay Məsimova.

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, son bir neçə gündür onlar da valideyləri qədər məşhurdular. Mətbuat onlardan yazır, sosial mediada fotoları paylaşılır, şərhlər yazılır. Məsələ ondadır ki, onları məşhurlaşdıran valideyləri deyil. Bir Günay Məsimova digər ad və soyaddaşını hamının dilinə-dişinə salıb.

Hadisə isə belədir: Almaniyada bank seyfindən İsa Həbibbəylinin qızı Günay Məsimovaya məxsus bir milyondan çox xarici valyutada pul və qiymətli əşyalar oğurlanıb. Mətbuat bunu yazıb, sosial şəbəkələrdə paylaşılıb. Amma bu zaman başqa Günay Məsimovanın – Baba Vəziroğlunun qızının fotolarından istifadə edilib.

Ona görə də o, məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb.

B.Vəziroğlunun qızı sosial şəbəkədə yazıb:

“Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə, London səfərlərim iş xarakteri daşıyır. Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur”.

O bildirib ki, lazım olan hər şeyi özü qazanıb:

“Salam! Mən Günay Məsimova Baba qızı. Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib həmişə. Media işçilərinə məsləhət – xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Gunay Masimova yazıb axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil. Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur , şerlə, sənətlə, düzgün iş və əməllə”.

Baba Vəziroğlu həmin yazını sosial media hesabında paylaşaraq, qeyd edib ki, qızı hazırda Londonda oxuyur:

“Bu yazını oxuyan media nümayəndələrinə salam olsun. Qızım Londonda media və jurnalistlika oxuyur, o gün olsun bitirib qayıtsın, sizə dərs keçsin bir az”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*