Akopyandan anklavlarla bağlı ağlasığmaz təklifbackend

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

Siyasi iradə və konstruktiv mövqe ilə anklav məsələsinin həlli mümkündür: bunlardan biri də onları geri – sərhədə yaxınlaşdırma variantı ola bilər.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Tatul Akopyan deyib.

O bildirib ki, anklav məsələsi sərhədə yaxın ərazilərin verilməsi ilə həllini tapa bilər:

“Artsvaşen (Başkənd – red.) Ermənistanın Vahan kəndinə yaxınlaşdırılır. Kərki Sədərəkə yaxınlaşdırılır, magistral yol tamamilə Ermənistan ərazisində qalır. Sofulu–Bərxudarlı məsələsində problem mürəkkəbləşir. Belə ki, bu iki kəndi Ağstafa su anbarı istiqamətinə doğru geri çəkdiyimiz zaman ermənilərin Kayan yaşayış məntəqəsi ləğv edilmiş olur, əhali köçürülür. Azərbaycanla onun əsas ərazisi arasında erməni yaşayış məntəqəsinin yerləşdiyi yeganə anklav Sofulu–Bərxudarlıdır”.

T.Akopyan vurğulayıb ki, Yuxarı Əskipara məsələsi daha mürəkkəbdir:

“Əgər onu geri çəkərək artıq Azərbaycanın tərkibinə qaytarılmış Bağanis-Ayırım, Aşağı Əskipara və digər kəndlərlə birləşdirsək, Əskipara–Bağanis dövlətlərarası yolunu itiririk. Bundan əlavə, Azərbaycan Ermənistan ərazisində bir neçə kilometr uzunluğunda çıxıntıya sahib olur. Bu çıxıntı Ermənistan ərazisinin o qədər dərinliyinə uzanır ki, Əskipara ilə Bağanis arasında hər hansı yolun saxlanılması, demək olar ki, mümkünsüzləşir”.

Erməni siyasi şərhçi qeyd edib ki, anklavlar məsələsini sülh və konstruktiv şəraitdə, danışıqlar masası arxasında həll etmək mümkündürsə, bunu etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*