Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək.
KONKRET.az xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub.
Layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Bundan başqa, Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək.
R.A.Xəlilovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur, F.Abbasovun isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi nəzrdən keçirləcək.