Alla Puqaçova Rusiya ordusunu gözdən saldığına görə 5 ilə qədər həbs oluna bilərbackend

Alla Puqaçova Rusiya ordusunu gözdən saldığına görə 5 ilə qədər həbs oluna bilər

Məşhur rusiyalı müğənni Alla Puqaçovaya Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan saldığına görə mümkün cəzanı Dövlət Dumasının deputatı Aleksey Juravlev açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Deputat qeyd edib ki, Puqaçovanın paylaşımları ordunu gözdən salırsa, müğənnini 5 ilə qədər həbs cəzası gözləyir. O, müğənninin paylaşımlarını hüquq-mühafizə orqanlarının araşdıracağını vurğulayıb.

Juravlev onu da bildirib ki, xarici agent kimi tanınsa, sənətçinin Rusiyadan vəsait alması çətinləşəcək.

“Belə insanlar üçün reklam yerləşdirmək və onların hərəkətlərini Rusiya mənbələrindən maliyyələşdirmək artıq qadağandır – mən dəfələrlə demişəm ki, satqınları əllərindəki ən bahalı şeyə, pulqabısına vurmaq lazımdır”, – o izah edib.

Deputat qeyd edib ki, Puqaçova anti-Rusiya mövqeyini gizlətmir, ona görə də xarici agent kimi tanınma proseduru uzun olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*