Azərbaycanda əmək haqqı sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə maaşların aylıq deyil, hissə-hissə ödənilməsi ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəzi mütəxəssislər bunun işçilərin gündəlik xərclərini daha rahat planlaşdırmasına kömək edəcəyini düşünsələr də, digərləri uzun illər aylıq maaş sisteminə uyğunlaşmış insanların büdcə idarəçiliyində çətinlik çəkə biləcəyini qeyd edirlər. Eyni zamanda, yeni sistemin bank əməliyyatlarından tutmuş kredit və kommunal ödənişlərə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma əhalinin həyat keyfiyyətində ciddi dəyişiklik yaradacaq addım deyil:
“Çünki burada insanların aylıq və ya həftəlik gəlirləri real ifadədə artmır. Sadəcə əmək haqqının ödəniş forması dəyişir. Yəni vətəndaş əvvəl aldığı məbləği yenə alacaq, sadəcə həmin vəsait ona hissə-hissə təqdim olunacaq. Bununla belə, dünya təcrübəsində oxşar yanaşmalar tətbiq olunur və bir sıra ölkələrdə əmək haqqının ay ərzində bir neçə dəfə ödənilməsi praktikasına rast gəlinir. Bu sistem müəyyən mənada ailələrin büdcə planlamasını daha rahat edə bilər. Xüsusilə də insanların pulla davranış modellərində tez-tez rast gəlinən irrasional qərarların və plansız xərcləmələrin müəyyən qədər qarşısını almağa kömək edə bilər. Məsələ ondadır ki, aylıq əmək haqqı toplu şəkildə əldə edildikdə və düzgün planlama aparılmadıqda, vəsait qısa müddətdə səmərəsiz istiqamətlərə xərclənə bilir. Nəticədə isə ayın qalan hissəsində vətəndaş borclanmağa məcbur qalır. Əmək haqqının iki və ya daha çox hissəyə bölünərək verilməsi isə qısamüddətli büdcə planlamasını nisbətən asanlaşdıra bilər. İnsanlar xərclərini daha mərhələli şəkildə idarə etməyə çalışar və bu da əlavə, düşünülməmiş xərclərin müəyyən qədər azalmasına səbəb ola bilər”.
O deyib ki, bu yanaşma gəlirin ay ərzində daha balanslı şəkildə istifadə olunmasına imkan yarada bilər:
“İnsanların qısamüddətli borclanma ehtiyacları azala, gündəlik maliyyə təzyiqi müəyyən qədər yüngülləşə bilər. Təbii ki, ilkin mərhələdə bəzi planlama çətinlikləri və uyğunlaşma problemləri yarana bilər. Amma orta və uzunmüddətli dövrdə vətəndaşlar bu sistemə uyğunlaşa bilərlər. Bu daha çox texniki xarakterli dəyişiklikdir. Müəyyən davranış modellərinin yenidən formalaşmasına, xərcləmə vərdişlərinin nizamlanmasına və qısamüddətli maliyyə idarəçiliyinin yaxşılaşmasına təsir göstərə bilər. Lakin bu yanaşma ailələrin gəlirlərinin real olaraq artması və ya ciddi sosial-iqtisadi keyfiyyət dəyişikliyi yaranması anlamına gəlmir”.
Qeyd edək ki, Beynəlxalq praktikada xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə həftəlik və ya iki həftədən bir həyata keçirilən ödəniş üsulları geniş yayılıb. Azərbaycanda bu keçidin mümkünlüyü həm də işəgötürənlərin mühasibatlıq yüklərini artıra bilər. Hər ay tək tərkibli sənədləşmə əvəzinə bir neçə dəfə əməliyyat aparmaq şirkətlərin bank xərclərini və inzibati işini çoxaldacaq. Digər tərəfdən, mövcud kredit sisteminin aylıq qrafiklər üzərində qurulması səbəbindən vətəndaşların daxil olan xırda məbləğləri toplayıb bank öhdəliklərini vaxtında bağlaması ilkin dövrdə ciddi adaptasiya dövrü tələb edəcək.

Axərbaycanda,özəl şirkətlərdə bu üsul çoxdan vardır
Azərbaycanda,özəl şirkətlərdə bu üsul çoxdan vardır
Salam. Yaşlı adamlar var, Ayaq üstə dura bilmir, Gəzə bilmir, tək yaşayırlar. 3-5 il ömürləri qalıb, heç olmasa bu yaşlı nəsilə zülüm etməyin.
Mən özüm bölə bilərəm.Əsas odur ki maaş artırılsın
Həftəlik maaş eləsinlər ən yaxşısı, hər həftənin axrıncı iş günü 5-6 günlər versinlər maaş
Sovet dövründə avans və poluçka var idi, aylıq maaş iki yerə bölünürdü, avansdan keçən ayın gəlir vergisi çıxılırdı, poluckada həmkarlar üzvülük haqqı, aliment (varsa), kredit( 3 faiznən varsa) qalanı da işçi maaş cədvəlinə qol cəkib, alırdı. İndi elektronlaşdırıb, pul da karta köçür, istəsələr etmək, çətin bir iş deyil.
O qədər çox maaş verirlerki hələ yarı da bölürlər. Maaşımızı bölməsinlər eyni aldığımız məbləği həm ayın əvvəli həm axiri versinlər bəlkə onda dolana bilərik . Millət yaşamır sürünür. Kredit kommunal təhsil kitabları hazırlıqlar yemək təsərrüfat malları gündəlik xərclər. Bunları təmin etməyə maaş birdəfəlik alınanda yetmir bölünsə nə olacaq?
Ondansa maaşlar artsın. Biabırçiliqdir. Bir heftə getmir. O da ancaq yemeye xərclənir aa
Biri əgər 500 manat maaş alırsa onu hissə-hissə verməyin nə mənası? Azdan az prinsipi nəyə lazımdı? Bu sistemi ayda 5000, 7000 alanlara tətbiq etsinlər.
İnsanların başının qatmağın növbəti metodu, forması. 500 manat, lap 800 manat alan aylıq öz ehtiyacını ödəyə bilmədiyi halda bu nəyə lazımdır? ! Ermənistanda orta əmək haqqı neft qaz ölkəsi Azərbaycandan 200 ABŞ dolları çoxdur. Niyə ? Bu fərqi heç olmasa aradan qaldırmaq vacibdir! Problem budur
Səhiyyəde maaş 45 gündən bir verilir ona necə olacaq heç olmasa ayda bir dəfə normal maaşımızı vermirlər
Avropa sisteminə keçmək istəyirlər keçin lap yaxşı maaşlarıda 3,4min edin bölün 2 hissəyə verin