İstanbulda adam oğurluğu: Vəzifəli şəxsin qaçırılma anı – VİDEObackend

İstanbulda adam oğurluğu: Vəzifəli şəxsin qaçırılma anı - VİDEO

Qaçırıldığı iddia edilən Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal polisin axtarışları nəticəsində Tuzlada bir tikinti sahəsində tapılıb.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları Maltepedə naməlum şəxslər tərəfindən Karaalın qaçırılması iddiası ilə bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğunda başladılan istintaq çərçivəsində araşdırma aparıblar. Tuzlada olduğu müəyyən edilən Karaal tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Həmçinin onun qaçırılmasının təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmiş görüntüləri ortaya çıxıb: Erhan Karaal əlində telefonla səkidə gəzdiyi zaman naməlum şəxslər tərəfindən qarşısı kəsilir. Üç nəfər onun qolundan tutub zorla maşına mindirir. Daha sonra maşın ərazidən uzaqlaşır.

Bundan əlavə, Erhan Karaalın polis tərəfindən tapıldığı otağın görüntüləri də yayımlanıb. Otaqda qırılmış taxta parçaları, divan və stul görünür.

Erhan Karaal başına gələnlər barədə artıq ilkin ifadə verib.

“Məni zorla qaçırdılar və saxladıqları yerləri daim dəyişdirirdilər. Bir müddət Kocaelidə də saxladılar. Ən son Tuzladakı tikinti sahəsinə gətirdilər”, – deyə o bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq çərçivəsində 8 şübhəli saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*