Trampın özünə etmək istədiyi bu jest gülüş hədəfinə çevrildi – FOTObackend

Trampın özünə etmək istədiyi bu jest gülüş hədəfinə çevrildi - FOTO

ABŞ Prezidenti Donald Tramp 18 iyunda Ağ Evdə keçirilən hərbi mükafatlandırma mərasimində “Medal of Honor” (Şərəf Medalı) ilə bağlı zarafatyana açıqlaması ilə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp mərasim zamanı çıxışında ABŞ-ın ən ali hərbi mükafatının 250 illik ənənəsindən danışaraq bu mükafatın yalnız “ən cəsur hərbçilərə” verildiyini vurğulayıb.

O, çıxışında zarafatla “özümə medalı vermək istədim, amma bunun mümkün olmadığını dedilər” ifadəsini işlədib.

Prezident daha sonra əlavə edib ki, özünü bu mükafata layiq görəcək konkret bir səbəb tapmayıb.

Mərasimdə Vyetnam və Əfqanıstanda xidmətlərinə görə fərqlənmiş hərbçilər təltif olunub. Medalı alanlar arasında istefada olan dəniz piyadaları zabiti Ceyms Keypers, ölümündən sonra polkovnik Con Ripli və ordu mayoru Nikoləs Dokeri yer alıb.

Hadisə zamanı Dokeriyə medal taxılarkən qısa müddətli narahat vəziyyət yaranıb, lakin mərasim ümumilikdə davam edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*