ŞAD XƏBƏR: Pensiya və sosial müavinətlər artırıla bilərbackend

ŞAD XƏBƏR: Pensiya və sosial müavinətlər artırıla bilər

Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur. Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanlar mövcuddur.

Razi Abbasbəyli: “Ölkəmizdə 5 milyondan çox insan...” - MÜSAHİBƏ

Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran–ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:

“Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir”.

İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:

“Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur”.

R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:

“Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var”.

Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək.

Aynurə İsmayıl

KONKRET.az

  • Günay
    İyun 10, 2026 - 13:13

    Atasız uşaqlara veriıən 140 manatı artırmaq fikriniz var.Görəsən özünüz bu pulla 1 ay uşaq saxlaya bilərsiz???!!!

  • Aysu
    İyun 11, 2026 - 12:24

    Teqaudlerin artirilmasinda ilk once 300-400manat alan teqaudculerin teqaudleri artirilmalidi.1000 manat alan teqaudcunun de artimda teqaudu artirilirsa,burda sosial berabercilikden sohbet gede bilmes. Yaxwi olardi az teqaud alanlari az maaw alanlari ilk novbede nezerde tutardilar.

  • Rasim
    İyun 11, 2026 - 18:11

    3000-5000 manat alanlarda 8-9% artir, 300-500 alanda. Bu necə olur? Yaxşı olarki, 1000 manata qədər pensiya alanların pensiyası 100-200% artirilsin.

  • Azer Aliyev
    İyun 11, 2026 - 20:09

    Ellilerin muavinet qalxmalidir minimum 100 manat qalxmalidir bunlarin yemeyi icmeyi kiraye komunalina uygun hesablanib verilmelidir

  • Vüqar
    İyun 12, 2026 - 03:33

    Niyə yalan danışırlar görəsən.İnanan daşa dönsün.Hamısı yalan xəbərlərdi,sadə xalqın başını aldatmaqdan ötıüdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*