Almaniya Ukraynaya köhnə Patriot raketlərini verməyə hazırlaşırbackend

Almaniya Ukraynaya köhnə Patriot raketlərini verməyə hazırlaşır

Almaniya Ukraynaya istifadə olunmuş PAC-2 tipli Patriot zenit-raketlərini verməyi planlaşdırır. Bu barədə The Washington Post adının açıqlanmasını istəməyən avropalı diplomatlara istinadən məlumat yayıb.

KONKRET.az xəbər verir ki, qeyd olunur ki, PAC-2 raketləri daha yeni və effektiv olan PAC-3 modelləri ilə müqayisədə ballistik raketlərə qarşı zəif müdafiə qabiliyyətinə malikdir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Almaniyaya Patriot raketlərinin və komponentlərinin Ukraynaya reeksportuna icazə verib. Bu qərar Kiyevin apreldə ABŞ ilə strateji minerallar üzrə saziş imzalamasından sonra verilib. Qeyd edək ki, ABŞ istehsalı olan hərbi texnikanın üçüncü tərəflərə satışında Vaşinqtonun veto hüququ saxlanılır.

Xatırladaq ki, ötən gün Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan etmişdi ki, Almaniya Ukraynaya Patriot raketləri ilə yanaşı, dörd ədəd IRIS-T hava hücumundan müdafiə sistemi də göndərəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*