Almaniyada cinayətkar imperiya yaradan əfqan əsilli şəxs Türkiyədə tutuldubackend

Almaniyada cinayətkar imperiya yaradan əfqan əsilli şəxs Türkiyədə tutuldu

Almaniyada mütəşəkkil cinayətkar dəstə yaradan əfqan əsilli Səncər Əhməd Türkiyənin İstanbul şəhərində tutulub.

KONKRET.az xəbər verir ki, məlumatı “CNNTürk” yayıb.

O, Almaniyanın 5 əyalətində 30-dan artıq müxtəlif cinayət törətməkdə şübhəli bilinir və barəsində axtarış elan edilib. S.Əhməd cinayət əməllərinə görə, Əfqanıstandan qovulub.

Bir müddət əvvəl onun Türkiyədə olduğu barədə məlumatlar yayılıb. Türkiyənin təhlükəsizlik qüvvələri S.Əhmədin qaldığı mehmanxanada əməliyyat keçirib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin rəhbəri və yanındakı 4 nəfər saxlanılıb.

O, Almaniyada Əfqanıstandan olan qaçqınlar arasında narkotik maddələrin satışını təşkil etməkdə, mühacir əfqanlardan xərac toplamaqda şübhəli bilinir.

S.Əhmədin başçılıq etdiyi “Lions-Cartel” adlı dəstənin Almaniyada cinayətkar imperiya qurduğu bildirilir. Onun Türkiyədə şəbəkəsinin olub, olmadığı araşdırılacaq. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*