Almaniya Müdafiə naziri Boris Pistoriusun açıqlamasına görə, əgər könüllülərin cəlb edilməsi üzrə hədəflərə nail olunmasa, ölkə 2026-cı ilin yanvarından etibarən məcburi hərbi xidmət sistemini yenidən tətbiq edə bilər.
KONKRET.az xəbər verir ki, Nazir qeyd edib ki, Almaniya Silahlı Qüvvələrinin qarşıdakı illərdə NATO-nun təhlükəsizlik tələblərinə cavab vermək üçün təxminən 100,000 yeni hərbi qulluqçuya ehtiyacı olacaq. Bu ehtiyac artan regional və beynəlxalq gərginlik fonunda daha da aktuallaşıb.
Pistoriusun sözlərinə görə, könüllülük prinsipi hələlik əsas yanaşma olaraq qalır, lakin ehtiyac olduğu halda məcburi xidmətin bərpası istisna edilmir. Almaniya 2011-ci ildə ümumi hərbi xidməti ləğv etmişdi, lakin hazırkı geosiyasi vəziyyət fonunda bu qərarın yenidən nəzərdən keçirilməsi gündəmə gəlib.
Natiq Səlim,
KONKRET.az