Almaniyanın gizli zavodu üzə çıxdı: Ukrayna üçün xüsusi…backend

Almaniyanın gizli zavodu üzə çıxdı: Ukrayna üçün xüsusi...

Almaniyada süni intellektlə təchiz edilmiş döyüş dronlarının gizli istehsalı həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, müəssisə Almaniyanın müdafiə sənayesi üzrə fəaliyyət göstərən Helsing SE şirkətinə məxsusdur və ölkənin cənubunda yerləşir. Təxribat təhlükəsi səbəbindən zavodun dəqiq yeri və adı açıqlanmır.

Məlumata əsasən, müəssisədə çəkisi təxminən 12 kiloqram olan, hər biri təxminən 17,5 min avro dəyərində yüngül dronlar istehsal edilir.

The New York Times bildirir ki, bu tip aparatların minlərlə nümunəsi artıq döyüş şəraitində sınaqdan keçirilib və Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhədə istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*