backend

Altmış mindən çox insanın ölümünə səbəb olan terror təşkilatının rəhbəri həbsxanada öldü

Peruda solçu radikal terrorçu təşkilatı olan “Sendero Luminoso”nun qurucusu Abimael Quzman 86 yaşında həbsxanada ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.

Kallaoda Hərbi Dəniz Qüvvələrinin bazasının ərazisində yerləşən həbsxanada cəzasını çəkən məhkum Abimael Quzman səhhətində olan problemlər səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Quzman 1992-ci ilin sentyabrında həbs edilib və ömürlük cəzaya məhkum edilib.

1980-ci ildən bəri Perudakı “Sendero Luminoso” təşkilatının törətdiyi terror aktları nəticəsində 60 mindən çox insan ölüb. Ölkəyə vurulan maddi ziyanın təxminən 25 milyard dollar olduğu təxmin edilir. Quzmanın həbsindən sonra qrup nüfuzunu itirməyə başlayıb, lakin son illərdə ekstremistlər Peru ordusuna və hüquq-mühafizə orqanlarına hücumları davam edir.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*