Amerikada fövqəladə vəziyyət – Enerji sistemində böhran ola bilərbackend

Amerikada fövqəladə vəziyyət - Enerji sistemində böhran ola bilər

ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, bu qərara əsasən, ABŞ-da xarici istehsal olan müəyyən növ elektrik avadanlıqlarının, enerji infrastrukturu üçün kritik proqram təminatının (PT) və enerji şəbəkəsində istifadə oluna biləcək bəzi rəqəmsal komponentlərin satın alınması və quraşdırılması qadağan edilir. Məqsəd ABŞ-ın enerji şəbəkəsində mövcud ola biləcək zəifliklərdən istifadə etməklə həyata keçirilə biləcək kiberhücumların qarşısını almaqdır.
Yeri gəlmişkən, bildirək ki, bu tədbirlər ABŞ-ın milli təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır. Rəsmilər hesab edirlər ki, xarici istehsal olan bəzi avadanlıqlar və proqram təminatı ABŞ-ın elektrik şəbəkəsinə icazəsiz giriş üçün istifadə oluna bilər.

Eləcə də kritik infrastrukturun fəaliyyətini poza və ya dayandıra bilər. Bununla yanaşı, kibercasusluq və məlumat oğurluğu riskini artıra bilər.

Həmçinin fövqəladə vəziyyət zamanı enerji təchizatının etibarlılığına təhlükə yarada bilər.

Yeni qərar çərçivəsində aidiyyəti dövlət qurumlarına enerji sektorunda istifadə edilən avadanlıqların və proqram təminatının təhlükəsizlik baxımından yoxlanılması, yüksək riskli məhsulların istifadəsinin məhdudlaşdırılması və yerli və ya etibarlı mənbələrdən alınan alternativlərin tətbiqinin sürətləndirilməsi tapşırılıb.

Bu addım ABŞ-ın kritik infrastrukturunun kiberhücumlardan qorunması və enerji sisteminin dayanıqlığının artırılması istiqamətində görülən tədbirlərin bir hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, “Fövqəladə vəziyyət” burada əsasən milli təhlükəsizlik və enerji infrastrukturu sahəsində hökumətə əlavə səlahiyyətlər verən hüquqi mexanizmdir; bu, mütləq şəkildə ölkədə ümumi fövqəladə vəziyyət və ya enerji böhranının baş verdiyi anlamına gəlmir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*