Amerikalı ekspert Set Abramson milyarder İlon Maskın getdikcə ABŞ üçün daha təhlükəli olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Mən son iki il ərzində Maskın onlayn davranışını izləyən bioqrafiyəm və onun hər cür ruhi xəstəlik, ağır narkotik istifadəsi və şikəstedici stressə məruz qaldığını nəzərə alsaq, indi Maskın ciddi şəkildə xəstə olmasından qorxmaq lazımdır ”. Ekspertin fikrincə, Maskın psixi vəziyyəti bütün dünyada fəsadlar törədə bilər. O, əlavə edib ki, sahibkarın şəxsi problemləri ümumi müzakirəyə və ictimai gündəmə gətirilməsəydi, bu qədər narahatlıq yaratmazdı. Bundan əlavə, milyarderin vətəndaşların sərvətinə təsir edə biləcək ən vacib sahələrdə aktivləri var.
Vəli Həsənoğlu,
KONKRET.az