Amerikalı ekspertdən SƏRSƏM AÇIQLAMA:  Ankara F-35-ə sahib ola bilməzbackend

Amerikalı ekspertdən SƏRSƏM AÇIQLAMA: Ankara F-35-ə sahib ola bilməz

ABŞ Konqresi aydın şəkildə bildirməlidir ki, türklər və azərbaycanlılar ABŞ-da piar və lobbiçilik üçün nə qədər pul xərcləsələr də, Türkiyə F-35-ə sahib ola bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə amerikalı analitik Maykl Rubin “National Security Journal”da dərc olunan məqaləsində yazıb.

“Türkiyəyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini almaması ilə bağlı çoxsaylı xəbərdarlıqlardan sonra ABŞ Türkiyəni gələcək nəsil F-35 müştərək zərbə qırıcılarının yaradılması proqramından kənarlaşdırıb. Söhbət təkcə kommersiya müqaviləsi deyil, həm də NATO sistemlərinin bütövlüyündən gedirdi: S-400-ün Türkiyənin hava hücumundan müdafiə sisteminə inteqrasiyası NATO əməliyyatlarını həssas vəziyyətə salacaq”, ekspert qeyd edib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*