Amerikalı nazirin başına “İŞ GƏLDİ”backend

Amerikalı nazirin başına "İŞ GƏLDİ"

ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noemin içərisində 3000 dollar nağd pul və digər qiymətli əşyalar olan Gucci markalı çantası restoranda oğurlanıb.

KONKRET.az xəbər verir ki, 53 yaşlı Noem Ağ Evdən təxminən bir mil şimal-şərqdə yerləşən “The Capital Burger” restoranında ailəsi ilə naharda olub.

Məsələ ilə tanış olan mənbənin “New York Post”a verdiyi məlumata görə, Noem hesabı ödəyərkən ayağına toxunma hiss edib. Əvvəlcə bunun nəvələrindən biri olduğunu zənn etsə də, bir qədər sonra çantasının yoxa çıxdığını anlayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*