Amerikalılar Zəngəzur üçün İrəvana gəlirbackend

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRIPP) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.

KONKRET.az xəbər verir ki, “Joxovurd” nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər.

Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.

“Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq”, – məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*