Trampa dəstək etnik azlıqlar, ali təhsilli seçicilər və ənənəvi olaraq respublikaçıların əsas elektoratı sayılan pensiyaçılar arasında da zəifləyib.
KONKRET.az xəbər verir ki, Respublikaçılar üçün əsas prioritetlər immiqrasiya, vergilər və dövlət xərcləri, demokratlar üçün isə səhiyyə və iqlim dəyişikliyi olaraq qalır.
YouGov-un məlumatına görə, ABŞ-də ictimai rəy əsasən iri böhranların təsiri ilə formalaşır. Trampın ilk prezidentliyi dövründə gündəmin əsas mövzusu pandemiya, Bayden dövründə inflyasiya idisə, hazırda amerikalıların hakimiyyətə münasibətinə ən çox İran ətrafında yaranmış gərginlik təsir göstərir.
Günay Əli
KONKRET.az
