“Amerikanın Səsi” BAĞLANIR – Bütün əməkdaşlara bildiriş göndəriləcəkbackend

"Amerikanın Səsi" BAĞLANIR - Bütün əməkdaşlara bildiriş göndəriləcək

ABŞ-ın beynəlxalq media qurumu olan Amerikanın Səsi – “Voice of America” (VOA) bu həftə bütün qalan əməkdaşlarını işdən azad etmək niyyətindədir. Bu barədə Politico nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, bildirilir ki, hazırda qurumda çalışan 800 nəfərlik heyətə yaxın günlərdə ixtisar barədə rəsmi bildiriş göndəriləcək. Xatırladaq ki, bu ayın əvvəlində Tramp administrasiyası artıq 600-dən çox VOA podratçısını işdən azad etmişdi.

“Voice of America” İkinci Dünya Müharibəsi dövründə nasist təbliğatına qarşı informasiya müharibəsində istifadə olunmaq məqsədilə yaradılmışdı və 80 ildən artıqdır ki, ABŞ-ın dünyaya səsi kimi fəaliyyət göstərirdi. Lakin görünür ki, bu addımla qurum tamamilə bağlanmaq üzrədir.

VOA-nın yüksək vəzifəli əməkdaşlarından biri Politico-ya açıqlamasında bildirib ki, onun komandasının ABŞ Qlobal Media Agentliyinin (VOA-nın tabe olduğu ana qurum) nümayəndələri ilə apardığı danışıqlara əsasən, bu ixtisarlar bütün heyəti əhatə edəcək və nəticədə qurumun beynəlxalq yayım fəaliyyəti tamamilə dayandırılacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*