Konkret.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Kiprdə Qazaxıstan vətəndaşı 12 yaşlı oğlunu öldürüb, sonra intihara cəhd edib. Bıçaq yarası alan uşağın cəsədi 40 yaşlı Qazaxıstan qadınının kiprli əri tərəfindən aşkar edilib. Portalın bildirdiyinə görə, qadının əri hüquq-mühafizə orqanlarında işləyir. İşdən sonra evə gələn ata evin qapısını aça biməyib. Xilasedicilərin köməyi ilə evə girərkən oğlunun cəsədi ilə qarşılaşıb. Qadın etdiyi əməlin şokundan ayılarkən intihara cəhd edib, lakin onu xəstəxanaya çatdır biliblər.
Hazırda ananın vəziyyəti normaldır.
Kipr polisi bildirib ki, qadın psixi pozğunluqdan əziyyət çəkirmiş. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Natiq Səlim