Anasını da əlindən yaralayıb… – Azərbaycanda 2 yaşlı uşağın qətlinin TƏFƏRRÜATI – YENİLƏNİBbackend

Anasını da əlindən yaralayıb... - Azərbaycanda 2 yaşlı uşağın qətlinin TƏFƏRRÜATI 

Tərtər rayonunda iki yaşlı Ömər Ağazadənin qətlinin təfərrüatı üzə çıxıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, qətldə təqsirləndirilən şəxs uşağın qohumu olub.

Uzun müddət psixi pozğunluğu olan E.Hüseynov qətldən əvvəl Ramin adlı bir şəxslə (Ö.Ağazadənin evinin yaxınlığında yerləşən dükanın sahibi) dava edib, hirsini isə evinin qapısının ağzında dayanan uşağa töküb – başına bağça kürəyi ilə vurub. Sonra uşağın anasına hücum edib və əlindən yaralayıb.

Bundan sonra E.Hüseynov küçəyə qaçıb, qışqıraraq ona hücum etdiklərini və öldürməyə çalışdıqlarını deyib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Xatırladaq ki, iyulun 2-də axşam saatlarında Elmir Hüseynov (1988-ci il təvəllüdlü) uşağı başına kürəklə vurub. İyulun 3-də körpə xəstəxanada ölüb.

Cinayət şübhəlisi saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*