Anasını döydüyü üçün atasını bıçaqladı – Qazaxda QANLI OLAYbackend

Anasını döydüyü üçün atasını bıçaqladı - Qazaxda QANLI OLAY

Qazax rayonunda oğul atasını bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, hadisə sentyabrın 9-u axşam saatlarında baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanova çoxsaylı bıçaq zərbəsi vurulub.

Araşdırma zamanı məlum olub ki, A.Qurbanovu oğlu, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

İlkin məlumata görə, A.Qurbanov sərxoş vəziyyətdə evə gəlib arvadını döyüb. Buna görə də mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*