Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilirbackend

Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir - VİDEO 

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda meşəlik ərazidə yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, yanğın Kaşın Gelemiş (Patara) məhəlləsində hələlik müəyyən edilməyən səbəbdən baş verib. Hadisə ilə bağlı əraziyə çoxsaylı yanğınsöndürmə qüvvələri cəlb olunub.

Yanğının söndürülməsinə 6 helikopter, 4 təyyarə, 10 su çiləyən yanğınsöndürmə maşını, 4 su tankeri və 3 ilkin müdaxilə maşını, ümumilikdə 80 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib.

Hazırda alovun nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*