AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdəbackend

AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdə

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, eləcə də beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dövlət başçısının çıxışında beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının, qəbul edilən qərarların icrasının təmin edilməsinin və müharibələrin qarşısının alınması üçün təsirli mexanizmlərin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın beynəlxalq platformada bu məsələləri gündəmə gətirməsi həm regionda baş verən hadisələrin, həm də beynəlxalq təşkilatların münaqişələrə münasibətdə mövqeyinin yenidən nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Xüsusilə, Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu məsələlərə hüquqi qiymət verilməsi və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasına təminat yaradılması məsələsi aktuallığını qoruyur. BMT başda olmaqla beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyətinin səmərəliliyi, mövcud mexanizmlərin yeni müharibələrin qarşısını almaq üçün nə dərəcədə işlək olması da müzakirə predmetinə çevrilir.

Prezident İlham Əliyevin AQEM-dəki çıxışı beynəlxalq ictimaiyyətin Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyətinə və beynəlxalq təşkilatların qərarlarının icrasına münasibətinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, dövlət başçısının çıxışı təəssüf ki, acı həqiqətlərin bir daha səsləndirilməsi idi.

Zelenskinin Çörçillə müqayisə olunması ədalətli və realdır – TALEH ƏLİYEV |  Azərbaycan Ümid Partiyası

Onun sözlərinə görə, bu məsələlərin yenidən xatırladılması Azərbaycanın 28 üzv dövlətin təmsil olunduğu beynəlxalq təşkilata ev sahibliyi etməsi və sədrliyi dövründə xüsusi əhəmiyyət daşıyır.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə bu fikirləri səsləndirməsi həm Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin törətdiyi cinayətlərin beynəlxalq medianın diqqətinə çatdırılması, həm də BMT başda olmaqla beynəlxalq təşkilatların fəaliyyətindəki səmərəsizliyin vurğulanması baxımından mühüm idi.

T.Əliyevin fikrincə, dövlət başçısı çıxışında BMT-nin münaqişələrin həlli ilə bağlı işlək mexanizmlərinin olmamasını yeni müharibələrin yaranmasının əsas səbəblərindən biri kimi göstərib.

Politoloq vurğulayıb ki, Azərbaycanın qarşıdakı iki il ərzində AQEM-ə sədrliyi dövründə münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində beynəlxalq təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi məsələsi diqqət mərkəzində olacaq:

“Azərbaycan qarşıdakı iki ildə AQEM-ə sədrliyi dövründə yeni dünya düzəninin həssas mərhələsində münaqişələrin və real müharibələrin qarşısını almaq üçün BMT başda olmaqla beynəlxalq təşkilatların həlli mexanizmlərinin yaradılması istiqamətində daha fəal iş aparacaq”.

Politoloq əlavə edib ki, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq ictimaiyyətin diqqətini həm Ermənistanın keçmiş və indiki rəhbərliyinin törətdiyi cinayətlərə, həm də beynəlxalq təşkilatların mövcud münaqişələrin həllində işlək mexanizmlərinin olmamasına yönəldib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*