Araqçi İslamabadda: ABŞ-la görüş olmayacaqbackend

Araqçi İslamabadda: ABŞ-la görüş olmayacaq

İranın xarici işlər naziri Abbas Araqçinin İslamabada səfəri zamanı ABŞ tərəfi ilə hər hansı danışıqlar aparmayacağı bildirilir.

“Al Jazeera” telekanalının yüksək rütbəli iranlı rəsmiyə istinadən yaydığı məlumata görə, nazirin keçirəcəyi görüşlər müstəsna olaraq ikitərəfli təmaslara yönələcək.

KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi də Araqçinin İslamabadda pakistanlı rəsmilərlə görüşəcəyini təsdiqləyib. Nazirliyin bəyanatında qeyd olunur ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, həmçinin aktual regional və beynəlxalq məsələlərlə bağlı məsləhətləşmələrin aparılması planlaşdırılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*