“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirdibackend

“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirdi

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, “Araz-Naxçıvan” turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran Naxçıvan təmsilçisi 2-ci, Bakı klubu isə 18 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Misli Premyer Liqası

XXIV tur

22 fevral

16:00. “Araz-Naxçıvan” – “Səbail” – 0:0

Baş hakim: Fərid Hacıyev

“Liv Bona Dea Arena”

19:00. “Qarabağ” – “Sabah”

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun açılış oyununda ötən gün “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*