“Real”ın futbolçusu Arda Gülər İspaniya klubundakı gələcəyi ilə bağlı qərar verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.
Mənbəyə görə, türkiyəli oyunçu yanvarda heç bir kluba icarəyə verilməsini istəmir. Bundan sonrakı müddətdə də ehtiyatdan matça daxil olmağa razı olub. Arda ona yeni şansların veriləcəyinə inanır deyə bildirilir.
Qeyd edək ki, Arda cari mövsüm Madrid təmsilçisinin heyətində 7 rəsmi matça çıxıb./Offsideplus.az