Arxiyepiskop Mikael üçün daha sərt cəza tələb edilirbackend

Arxiyepiskop Mikael üçün daha sərt cəza tələb edilir

Ermənistan Prokurorluğu arxiyepiskop Mikael barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib və daha sərt cəza tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə arxiyepiskopun vəkili tərəfindən yayılan bəyanatda deyilir.

“Prokurorluq arxiyepiskop Mikael barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib və məhkəməyə onun iki il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə vəsatət qaldırıb”, – arxiyepiskopun vəkilləri bildiriblər.

Qeyd edək ki, İrəvan məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanı açıq şəkildə Ermənistan hökumətinin devrilməsinə çağırışda təqsirli bilib və iki il müddətinə azadlıqdan məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*