20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın – sosial şəbəkələrdə “Arzum 9999” adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
KONKRET.az bildirir ki, İlduzə Hacıyeva bir qədər əvvəl konvoyun müşayiəti ilə Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilib.
Onun yaxınları da məhkəmə binasına gəliblər və veriləcək qərarı gözləyirlər.
Video Baku TV-yə məxsusdur:
