Astara sakininin həyətindən çətənə kolları, evindən silah aşkarlandı – FOTObackend

Astara sakininin həyətindən çətənə kolları, evindən silah aşkarlandı - FOTO

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Sərək kənd sakini Arif Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətində naringi ağaclarının arasında kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 66 kiloqram olan 29 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Həmin şəxsin qanunsuz olaraq yaşadığı evdə saxladığı müvafiq sənədləri olmayan 1 ədəd İJ16 markalı ov silahı və 3 ədəd patron polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Arif Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*