Astarada dənizdə “yoxa çıxan” Elmar haqda maraqlı detal – Ailəsini nə gözləyir?backend

Astarada dənizdə “yoxa çıxan” Elmar haqda maraqlı detal – Ailəsini nə gözləyir?

Masallıda yaşanan hadisə müzakirələrə səbəb olub. Belə ki, rayon sakini, 5 uşaq atası Elmar Məmmədlinin dənizdə boğulması barədə xəbərlər yayılıb. Araşdırma zamanı isə məlum olub ki, 19 avqustda evdən çıxan və boğulduğu bildirilən E.Məmmədli ayın 20-də ölkəni hava yolu ilə tərk edib.

Belə hallarda həmin şəxs və ya yaxınları nə kimi ittihamlarla üzləşə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, şəxsin yaxınları onun itkin düşdüyünü düşünərək polisə və ya digər hüquq-mühafizə orqanlarına məlumat veriblərsə, bunun özündə hər hansı qanun pozuntusu yoxdur:

“Əgər sonradan məlum olubsa ki, həmin şəxs heç bir təhlükə ilə üzləşməyib, sadəcə öz istəyi ilə başqa istiqamətə gedib və ya hansısa səbəbdən yaxınlarından xəbərsiz şəkildə ərazini tərk edib, bu halda yaxınlarının məsuliyyətə cəlb edilməsi və ya cərimələnməsi üçün əsas yoxdur”.

Vəkilin sözlərinə görə, ölkəni tərk edən adamın əməllərinə nəzər salmaq lazımdır:

“Təbii ki, Elmar Məmmədlinin hansı səbəbdən ölkəni tərk etməsi məsələsi də var. Şəxsin başqa hər hansı cinayət törətməsi və həmin səbəbdən qaçması ayrıca məsələdir. Lakin sırf bu hadisə, yəni şəxsin yaxınlarının onun barəsində polisə məlumat verməsi baxımından hüquq pozuntusundan söhbət gedə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*