Astara rayonunda qarpızdan zəhərlənmə ehtimalı ilə xəstəxanaya çatdırılan şəxslərin son vəziyəti açıqlanıb.
KONKRET.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 5-də saat 11:00-dan etibarən müxtəlif qastrointestinal şikayətlərlə səkkizi uşaq olmaqla, ümumilikdə 15 nəfər (doqquzu qadın, altısı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, ikisinin vəziyyəti isə nisbi ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
***
Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların qarpızdan zəhərləndiyi bildirilir.
Əlavə məlumat veriləcək.