Namanqanda aliment ödəmək istəməyən ata biryaşlı oğlunu Şimali Fərqanə kanalında boğaraq öldürüb. KONKRET.az CA-NEWS agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Rəsulbəy Daşpoladov 18 il azadlıqdan məhrum edilib.
Özbəkistan Ali Məhkəməsi 26 yaşlı Rəsulbəyi qəsdən adam öldürmə maddəsi ilə günahkar sayıb. Məhkəmə materiallarına əsasən, Rəsulbəy 2017-ci ildə ailə həyatı qurub və 2018-ci ilin yayında oğlu dünyaya gəlib. Amma bu ilin aprelində öz həyat yoldaşını boşayan Rəsulbəy onu xəyanətdə günahlandırıb və oğlunu başqa kişidən doğduğunu iddia edib.
Boşanmadan sonra yerli məhkəmə Rəsulbəyi uşaq 3 yaşına çatana qədər gəlirinin 70 faizi məbləğində aliment ödəməyə məhkum edib. Bununla razılaşmayan ata bu ilin iyulunda oğlunu oğurlayıb və Şimali Fərqanə kanalına atıb. Ata bir kənarda dayanıb uşağın tam batmasını gözləyib, sonra isə işlərinin dalınca yollanıb…
R,ƏLİYEV
