Ata həbsdə olan oğluna ayaqqabının içində narkotik keçirmək istədibackend

Ata həbsdə olan oğluna ayaqqabının içində narkotik keçirmək istədi

2 saylı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən KONKRET.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Naib Namiq oğlu Əliyevin atası Gəncə şəhər sakini Namiq Firuddin oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Belə ki, orada olan ayaqabının içərisində xüsusi üsulla gizlədilmiş, sellofan bükülüdə, ümumi çəkisi 1,935 qram olan narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*