Avropa İttifaqı Ukraynaya 6 milyard avro ayıracaq – QƏRARbackend

Avropa İttifaqı Ukraynaya 6 milyard avro ayıracaq - QƏRAR

Avropa İttifaqının (Aİ) Ukraynaya əlavə hərbi yardımla bağlı yeni planının həyata keçirilməsinin dəyəri təxminən 6 milyard avro qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqındakı mənbələr məlumat yayıb.

Məlumatda bildirilir ki, 1,5 milyon artilleriya mərmisinin tədarükü üçün 3,5 milyard avro məbləğində investisiya lazımdır. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri üçün 500 milyon avro, iki Ukrayna briqadasının təchiz edilməsi və təlimi üçün 2 milyard avro ayrılması planlaşdırılır.

Planın fevralın 24-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə ediləcəyi gözlənilir. Bununla belə, Aİ-yə üzv olan dövlətlərin planı dəstəkləyəcəyi və həyata keçirə biləcəyi bəlli deyil.

Bir çox Aİ ölkələri böyük borclara malikdir və son vaxtlar maliyyələşmə ilə bağlı çətinliklər yaşayırlar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*