“Avropa İttifaqının Rusiyaya bir neçə təzyiq rıçağı var” – Fransa XİNbackend

"Avropa İttifaqının Rusiyaya bir neçə təzyiq rıçağı var" - Fransa XİN

Fransa prezidenti Emmanuel Makron gələn həftə Amerika lideri Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.

KONKRET.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Addad deyib.

“Gələn həftənin əvvəlində Makron Avropanın Ukrayna ilə bağlı mövqeyini çatdırmaq, həmçinin ölkənin gələcəyinin onun iştirakı olmadan həll edilməməsi lazım olduğunu vurğulamaq üçün Trampla görüşəcək”, – deyə Addad bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin Rusiyaya iqtisadi təzyiq göstərmək üçün bir neçə rıçaqları var. Avropa, fransalı nazirin iddia etdiyi kimi, təhlükəsizlik təminatı da verə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*