Polşa ilə Ukrayna arasında tarixi simvollar ətrafında mübahisə yenidən alovlanıb. Varşava hesab edir ki, bu məsələ həll olunmadan Kiyevin Avropa İttifaqına inteqrasiya prosesi çətinləşəcək.
KONKRET.az xəbər verir ki, Wirtualna Polska nəşrinə müsahibəsində Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Ukrayna Bandera simvolları ilə Avropa İttifaqına daxil ola bilməz.
Nazirin sözlərinə görə, bu məsələ çox aydındır və Avropa birliyi həmin dəyərlərə yad olan tarixi üzərində qurula bilməz.
Xatırladaq ki, Karol Navrotski Volodimir Zelenskini Ağ Qartal ordenindən məhrum etmək qərarını açıqladıqdan sonra Polşada zorakılıq və aqressiya halları artıb. Bildirilir ki, bu hadisələrin qurbanları arasında Ukrayna vətəndaşları da var.\\musavat.com
