Avtomobildən 8 kiloqramdan çox narkotik tapıldıbackend

Avtomobildən 8 kiloqramdan çox narkotik tapıldı

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov 50 qram heroini satarkən saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram heroin, 1 kiloqram 250 qram metamfetamin, 1 kiloqram 995 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*