Avtomobili etibarnamə ilə idarə edənlərə VACİB XƏBƏR: Dövlət Yol Polisi görür ki…backend

Avtomobili etibarnamə ilə idarə edənlərə VACİB XƏBƏR: Dövlət Yol Polisi görür ki...

“Etibarnamənin saxtalaşdırılması ağır cinayətdir və bu kimi qanun pozuntularına yol verilməməlidir. Etibarnamə ilə bağlı əməliyyatların sistemləşdirilməsi saxtakarlıq risklərini xeyli azaldır”.

Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspert: “Məsuliyyətsizlik faciə ilə nəticələnir”

“Etibarnaməni saxtalaşdırılması ağır cinayətdir. Bu, kobud qanun pozuntusudur. Azərbaycan Respublikasında belə qanun pozuntularının qarşısının alınması üçün yol hərəkəti haqqında qanunumuzda da bu, təsbit olunur. Sistemə daxil olandan sonra Dövlət Yol Polisi də bu sistemi görür. Ədliyyə Nazirliyi də bu sistemdən faydalanır”.

Ekspert vurğulayıb ki, etibarnamə sənədlərinin rəqəmsallaşdırılması və mərkəzləşdirilmiş reyestrin tətbiqi saxtalaşdırma cəhdlərini məhdudlaşdırır:

“İstifadə etdiyimiz texnologiyalar müəyyən risklər yarada bilər. Kiminsə bu risklərdən faydalanaraq hadisələrdən mənfəət götürməyə çalışması qəti cinayətdir və qəbul edilə bilməz.”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*