AXCP funksionerlərinin məhkəməsi olacaqbackend

AXCP funksionerlərinin məhkəməsi olacaq

Bu gün Nəsimi rayon məhkəməsində Bakıda iyulun 14-dən 15-nə keçən gecə keçirilən yürüşlə bağlı həbs edilən AXCP funksionerləri Fuad Qəhrəmanlı və Məmməd İbrahimin məhkəməsi keçiriləcək.

KONKRET.az xəbər verir ki, hər iki şəxsin vəkili müvəkkillərinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət veriblər.

Hakim Ceyhun Tağıyev F.Qəhrəmanlının, Solmaz Mustafayeva isə M.İbrahimin işinə baxıb qərar çıxaracaq.

Qeyd edək ki, hər iki şəxs barəsində istintaqın təqdimatı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar sağlamlığa zərər vurmaqda, əmlakı qəsdən məhv etməkdə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməkdə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməkdə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməkdə təqsirləndirilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*