“Axı, təkcə kişinin işləməsi bəs etmir” – Teleaparıcı deputatın fikirlərinə niyə gülüb? VİDEObackend

“Axı, təkcə kişinin işləməsi bəs etmir” - Teleaparıcı deputatın fikirlərinə niyə gülüb? VİDEO

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı açıqlaması cəmiyyətdə müzakirələrə səbəb olub. Əksəriyyət onun uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər” fikrini tənqid edir. G.Ağamalı bu fikirləri söylədiyi zaman ona verilən bir reaksiya da diqqətdən yayınmayıb. Söhbət ARB TV-nin aparıcısı Sevda Rəsulqızının reaksiyasından gedir. Belə ki, Günay Ağamalı efirdə “uşağı 8 yaşınadək olan ailələrdə təkcə atanın işləməsi kifayət edir. Uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər” fikrini səsləndirib. Bu zaman Sevda Rəsulqızı ona istehza ilə gülərək, “axı bir kişinin işləməsi bəs etmir”, – deyərək qarşılıq verib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan teleaparıcı deyib:

“İnanın ki, həmin mövzu ilə bağlı lazım olan hər şeyi efirdə qeyd etmişəm. Sosial şəbəkələrdə paylaşılan qısa bir hissədir. Efirdə tamaşaçılarımız həmin fikirləri izləyiblər. Əlavə hər hansı açıqlama verməyi hazırda doğru hesab etmirəm. Çünki bu, yanlış şəkildə reklam və ya reytinq məqsədli kimi qiymətləndirilə bilər. Ona görə də bu mərhələdə susmağı üstün tuturam”.

Qeyd edək ki, sosial şəbəkələrdə istifadəçilərin bir qismi aparıcının reaksiyasını “cəmiyyətin real düşüncəsinin ifadəsi” kimi qiymətləndirib, digər qisim isə efirdə bu cür jest və reaksiyaların etik olub-olmaması barədə müzakirələr açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*