Axşam yollar buz bağlayacaqbackend

Axşam yollar buz bağlayacaq

Bu gün səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır.

KONKRET.az xəbər verir ki, səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarında hava şəraiti dəyişib, temperatur mənfiyə düşüb və qar yağmağa başlayıb.

Hazırda bölgənin yüksək dağlıq ərazilərində qarın qalınlığı 6-8 sm, dağətəyi kəndlərdə 4-5 sm, aranda isə cüzi qar müşahidə olunur.

Bölgə rayonlarından keçən avtomobil yollarında hələlik nə donma, nə də digər problemlər müşahidə olunur. Bəzi yerlərdə xəfif külək əsərək qarın sürətini dəyişir.

Məlumata görə qarın gün ərzində fasiələrlə yağacağı gözlənilir. Axşam isə yollarda əsasən də körpü və keçidlərdə buzbağlama müşahidə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*