Quldurluqda ittiham olunan Azərbaycan vətəndaşı Qazaxıstandan ekstradisiya olunub
747
Qubanın 31 yaşlı sakini Sərxan Akperov 2016-cı ildən Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə istintaqa cəlb edilib. O, Qazaxıstanın paytaxtı Nur-Sultanda tutulub və Azərbaycana təhvil verilib. Qeyd edək ki, istintaqdan yayınmaq üçün Sərxan Əkbərov soyadında dəyişiklik edərək Akperov edib və bu soyadla da Qazaxıstanda daimi yaşayış hüququ əldə edib. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yerli polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Sərxan Əkbərovun yeri müəyyənləşdirilib. Xatırladaq ki, 2016-cı ildə Əkbərov bir qrup şəxslə razılaşaraq, Quba rayonunda xüsusi mənzillərdən pul, zinət əşyası və elektronik avadanlığı oğurldadıqdan sonra ölkədən qaça bilib. Bundan əlavə, sonuncu cinayət zamanı mənzildə ev sahibinin olduğunu görərək qrup üzvləri ilə birgə onun əllərini bağlayıb və zərərçəkmişə bədən xəsarətləri yetirib. Yeri gəlmişkən, cinayətkar qrupun dörd üzvü – Rəcəb Kərimov, Faiq Xanməmmədov, Əfəndil Əhmədov və Afina İxilova tutularaq həbs edilib. Qeyd edək ki, son illər Azərbaycanda cinayətdə təqsili bilinən şəxslərin Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya olunmalarında operativlik müşahidə olunur. Bu isə iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx əlaqələrin mövcudluğundan xəbər verir. Hazırda axtarışda olanların və Qazaxıstanda gizlənməyə çalışanların aşkar edilərək ekstradisiya olunması prosesi davam etdirilir.