AY Partiyadan Freedom House-un yaydığı azadlıq indeksinə ETİRAZ – FOTObackend

AY Partiyadan Freedom House-un yaydığı azadlıq indeksinə ETİRAZ  - FOTO

Azərbaycan Yüksəliş Partiyasının “Freedom House”un yaydığı azadlıq indeksinə etiraz bəyanatı

Mərkəzi ofisi Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar. insan hüquqları ilə bağlı tədqiqatlar, onların müdafiəsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı “Freedom House” özünün ölkələr üzrə növbəti azadlıq indeksini yayımlayıb.

Burada diqqətçəkən məqamlardan biri gerçəkdə mövcud olmayan “Nagorno-Karabakh” (“Dağlıq Qarabağ”) adının siyahıya salınmasıdır. Azərbaycanı Türkmənistan, Şimali Koreya, Əfqanıstan kimi ölkələrlə bir sıraya qoyub, qeyri-azad ölkə kimi göstərən “Freedom House” “Dağlıq Qarabağ”ı Azərbaycandan daha azad ərazi kimi göstərib.

Azərbaycan Yüksəliş Partiyası bildirir ki, bu təşkilat xəritədə “Dağlıq Qarabağ”ı Azərbaycandan ayrı göstərməklə BMT Nizamnaməsini kobud şəkildə pozub. Nəinki bu adda dövlət, hətta Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı region yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın ayrılmaz hissəsidir.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Daha öncə də “Dağlıq Qarabağ”ı Azərbaycandan ayrı təqdim edən təşkilat bununla Qarabağ bölgəsində yaşayanların guya siyasi azadlıqlar baxımından Ermənistana daha yaxın olduğunu göstərərək, dünya ictimaiyyətini Qarabağdakı ermənilərin Azərbaycan ərazisində yaşamasının təhlükəli olduğu kimi yalana inandırmaq istəyir.

Bundan başqa, bölgəyə sülhməramlı adı altında yerləşdirilən Rusiya hərbçilərinin nəzarətində, separatçı rejiminin idarəçiliyində olan ərazini qismən azad idarəetmə sistemində göstərmək ən az yuxarıda sadalanan məqamlar qədər absurddur.

Azərbaycan Yüksəliş Partiyası “Freedom House”-un reallığa söykənməyən, heç bir əsası olmayan azadlıq indeksini pisləyir, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid, etnik zəmində münaqişə və ayrı-seçkilik yaratmağa cəhd kimi qiymətləndirir, bu yolverilməz səhvini dərhal düzətməsini tələb edir.

  • yusif
    Mart 20, 2022 - 04:02

    çox haqlı etirazdır…bunlar siyasi sifarişdən başqa 1 şey deyillər..sadəcə hayastana qarşı beynəlxalq məhkəmə və təşkilatlarda çoxmilyardlıq iddialarımızı əsla yubatmadan başlamalyıq, onda bu hürənlərin havhavı kəskin azalacaq…bunu əsla yubatmaq olmaz..dövlət və millətimiz bunu lap öncədən haqq edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*