Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.
Bu barədə KONKRET.az-a qurumdan bildirilib.
Məlumata görə, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-ə qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04 iyun 2019-cu il tarixli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Qeyd: “MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti – 29 665 manat, 1 otaqlı mənzillərin qiyməti – 30 175 manat, 2 otaqlı mənzillərin qiyməti – 48 110 manat, 3 otaqlı mənzillərin qiyməti – 63 325 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi | Müddət | Minimal ilkin ödəniş | Aylıq ödəniş* | |||
Studio tipli | 1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |||
4% | 3-30 il | 10% | 128 manat | 130 manat | 207 manat | 272 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
Salam mən mənzil almaq istəyirəm
Salam ilkin ödəniş var?
Salam men o portaldan kece bilmirem. Basqa nece o menzillerden elde ede bilerem xais edirem komeklik edesiz.elaqe nomrem:070-229-29-93
Salam mən necə qeydiyyatdan keçə bilərəm ev almaq ucun
Evlə bağlı suallarım var
Salam adım faiq kiraye qalıram üç uşaqm var mənde menzil isdeyirem aylıqını vere bikerem amma ilkin ödenişe pulum yoxdur menede menzil vere bilersiz
Mən Ələsgərli Elgün Niyazi Oğlu Məndə Sizin Bu gözəl Binanızdan 2 otaqlı Mənzilə Sahib Çıxmaq istiyərdim Zəhmət olmasa
SALAM Guzestli menzil Sisteminde elektron kabinete necə sahib ola bilerik?
Yoldaşım ve hec bir dovlet idaresinde resmi isci deilik sosial yardim aliriq Yoldasim bakida tikinti restaran ve bu kimi yerlerde isleyir ayliq kiraye haqqini odeye bilirik?biz bele evlerden ala bilerik?ilkin odenisi odemeye imkanimiz yoxdur bu odenisi azalda veyada legv ede bilerik?eger ilkin odenis azaldilsa neqeder ilkin odenis odemeliyik?ve bu halda ayliq neqeder odemeliyik?veyada eger ilkin odenis legv olunsa bu halda ayliq neqeder odemeliyik?2otaqli ev ucun
Salam! Mende sizin bu güzeşli menzillerinizden almaq isdeyirem, resmi dövlet iş yerim var, ilkin ödeniş ede bilirem, zehmet olmasa menede geniş melumat yazardız…. Günel xanım
Salam! Mende sizin bu güzeşli menzillerinizden almaq isdeyirem, resmi dövlet iş yerim var, ilkin ödeniş ede bilirem, zehmet olmasa menede geniş melumat yazardız…. Günel xanım 055-633-76-73
Salam məndə istəyərəm almaq əlavə nömrə qeyd edin danusaq
Salam men ilkin ödeniş olmdan ipotka ev elde ede bilerem aylıq ödenişle mümkündü
salam məndə isdıyirəm almağ.
Salam
Men isteyirem
Ayliq odenishi etmeye imkanim var
Mende kuzestli menzil almaq isteyirem.Zehmet olmasa komeklik edesiz.Tesekkur Edirem