İranın Ali Rəhbəri Ayətullah Xamenei İran xalqına televiziya ilə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə o, İslam İnqilabının qələbəsinin ildönümü ilə əlaqədar təbrikdən sonra o bildirib:
“22 Bəhməndə (11 fevral) İran xalqı böyük bir qələbə qazandı. Özünü və ölkəsini xarici müdaxilələrdən xilas edə bildi. Bu əcnəbilər bu illər ərzində həmişə əvvəlki status-kvonu bərpa etmək istəyiblər”.
Ayətullah Xamnəi son kütləvi etiraz və iğtişaşlara toxunub: “Allaha şükür ki, müqavimət göstərdiniz və iradənizi ortaya qoydunuz. Müxtəlif hallarda bir daha göstərin. Düşməni məyus edin”.
Xatırladaq ki, İran liderinin fevralın 8-də Hərbi Hava Qüvvələri komandirləri ilə ənənəvi görüşü ləğv edilmişdi.
Şərhçilər bu addımın təhlükəsizliklə bağlı olduğunu güman edirlər.
(yeni sabah)
